Səudiyyə Ərəbistanı Suriyada atəşkəsə dair razılaşmanı alqışlayıb

Səudiyyə Ərəbistanı Suriyada atəşkəsə dair razılaşmanı alqışlayıb
# 14 sentyabr 2016 01:50 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanı Suriyada atəşkəsin əldə olunmasına dair razılaşmanı alqışlayır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı XİN-nin məlumatında bildirilir.

“Səudiyyə Ərəbistanı Suriyada müvəqqəti atəşkəs rejiminin başlanmasını maraqla izləyir və əldə olunan razılaşmanı alqışlayır”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, sentyabrın 12-dən etibarən Rusiya və ABŞ arasında Suriyada atəşkəsə dair əldə olunan razılaşma qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR