Havanın temperaturu düşəcək, leysan və dolu yağacaq - XƏBƏRDARLIQ

Havanın temperaturu düşəcək, leysan və dolu yağacaq  - <span style="color: red;">XƏBƏRDARLIQ
# 01 iyul 2016 10:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, iyulun 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə düşəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

İyulun 2-3-də Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu 3-5 dərəcə düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR