Azərbaycan Yay Olimpiya Oyunlarında daha bir medal qazanıb

Azərbaycan Yay Olimpiya Oyunlarında daha bir medal qazanıb
# 18 avqust 2016 14:51 (UTC +04:00)

Bakı – APA. Azərbaycan yığması Rio-2016 Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb. Apasport.az saytının məlumatına görə, avarçəkmə yarışında mübarizə aparan Valentin Demyanenko millimizin aktivinə gümüş mükafat qazandırıb.

Avropa çempionumuz 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafədə sürətini yoxlayıb. Milliləşdirilmiş legionerimiz finalda Zaza Nadiradze (Gürcüstan), İsak Keyroş Dos Santos (Braziliya), Alfonso Benavides Lopes de Ayala (İspaniya), Li Qianq (Çin), Yuri Çeban (Ukrayna), Andrey Kraytor (Rusiya) və Tomas Simartla (Fransa) yarışıb.

Həlledici mərhələ Yuri Çebanın qələbəsi ilə başa çatıb. O, finiş xəttini yeni Olimpiya rekordu - 39,279 saniyəyə qət edib. Həmyerlisindən 0,214 saniyə geri qalan kanoeçimiz gümüş medalla kifayətlənib. İlk "üçlüy"ü isə 39,628 saniyəlik göstərici ilə İsak Keyroş Dos Santos (Braziliya) tamamlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR