“Sarı gəlin…” romanının təqdimatı keçirilib

“Sarı gəlin…” romanının təqdimatı keçirilib
# 23 fevral 2016 15:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Tanınmış yazıçı-publisist, əməkdar jurnalist, Mətbuat Şurasının (MŞ) Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimovun 75 illik yubileyinə həsr olunmuş toplantı keçirilib. MŞ-dan APA-ya verilən xəbərə görə, toplantıda Y. Kərimovun “Sarı gəlin…” romanının təqdimatı olub.

Millət vəkili, MŞ sədri Əflatun Amaşov Y. Kərimovun yazıçı, jurnalist və publisist kimi keçdiyi ömür yolundan danışıb. O bildirib ki, Y. Kərimov hazırda bədii yaradıcılığını davam etdirməklə yanaşı, jurnalistika ilə bağlı ictimai fəaliyyətə də geniş yer verir.

Ə. Amaşov yubilyarı rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib.

Veteran jurnalist, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə bildirib ki, “Sarı gəlin…” romanı iki gəncin nakam məhəbbəti fonunda Azərbaycan xalqını 1990-cı ilin 20 Yanvar faciəsinə, Qarabağ münaqişəsinə məruz qoyan mürəkkəb ictimai-siyasi olaylardan bəhs edir.

Sonda çıxış edən Y. Kərimov toplantı iştirakçılarına təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR