Göygöl və Astaranın qaz təchizatı məhdudlaşdırılır

Göygöl və Astaranın qaz təchizatı məhdudlaşdırılır
# 31 mart 2016 15:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Astara və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, aprelin 1-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Ərçivan” və “Şahağacı”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Hacıməlik” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Göygöl rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Astara rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR