Azərbaycan prezidenti ABŞ-ın “Export-Import” bankının sədri ilə görüşüb

Azərbaycan prezidenti ABŞ-ın “Export-Import” bankının sədri ilə görüşüb
# 31 mart 2016 18:37 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ-ın “Export-Import” bankının sədri və prezidenti Fred Hokberq ilə görüşüb.

APA-nın verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə “Export-Import” bankı arasında əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının öyrənilməsinin vacibliyi vurğulanıb. Azərbaycanda həyata keçiriləcək bir sıra layihələr üzrə, həmçinin elektrik enerjisi, qaz, suvarma, pambıqçılıq və s. sahələrdə “Export-Import” bankı ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Söhbət zamanı Azərbaycanda yeni islahatlar proqramının həyata keçirildiyi, bunun biznes sahəsində fəaliyyət üçün yaxşı imkan yaratdığı bildirilib. Azərbaycan iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması istiqamətində mühüm işlər görüldüyü diqqətə çatdırılıb.

Görüşdə, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi, daşımalar və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR