"Azərişıq": Bütün seçki məntəqələri elektrik enerjisi ilə təchiz ediləcək

"Azərişıq": Bütün seçki məntəqələri elektrik enerjisi ilə təchiz ediləcək
# 16 oktyabr 2015 09:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Azərişıq" ASC noyabr ayının 1-də Azərbaycanda keçiriləcək parlament seçkilər ilə bağlı bütün seçki məntəqələrində, eləcə də namizədlərin görüşləri təşkil olunacağı ərazi, klub və toplantı yerlərini dayanıqlı və etibarlı elektrik enerjisi ilə təchiz edəcək.

"Azərişıq" ASC-də "APA-Economics"ə verilən məlumata görə, bundan ötrü texniki tədbirlərlə yanaşı, ehtiyat kabel, avadanlıq, transformatorlar və s. də ayrılıb.

"Səyyar əməliyyat və təmir briqadaları yeni maşınlarla təchiz edilib. Əlaqədar yarımstansiyalar və transformator məntəqələrində 24 saatlıq növbətçilik sistemi yaradılıb. İndi hər bir rayon, şəhər, qəsəbə və kəndlərdə yenidənqurma işləri aparılır. Fiziki və mənəvi cəhətdən köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənir, müasir tipli yarımstansiyalar və Komplekt Transformator Məntəqələri quraşdırılır. Maddi-texniki baza kökündən yenilənərək ən müasir texnoloji avadanlıqlarla təchiz olunur”, - deyə ASC-nin məlumatında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR