Lənkəranın dağlıq Günəhir kəndində yeni tibb məntəqəsi istifadəyə verilib

Lənkəranın dağlıq Günəhir kəndində yeni tibb məntəqəsi istifadəyə verilib
# 30 dekabr 2015 18:37 (UTC +04:00)

Bakı-APA. Dekabrın 30-da - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində Lənkəran şəhərindən 35 kilometr aralıda yerləşən dağlıq Günəhir kəndində yeni tibb məntəqəsi istifadəyə verilib.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən açılış mərasimində rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Lənkəran rayonunun bütün yaşayış məntəqələrində sosial problemlərin həlli üçün dövlət tərəfindən müvafiq tədbirlərin görüldüyünü və bu tip layihələrin mütəmadi xarakter daşıyacağını bildirib. Qeyd olunub ki, daxili imkanlar hesabına inşa olunmuş 3 otaqdan ibarət tibb məntəqəsində ultrasəs müayinə aparatı və digər lazımi avadanlıqlar quraşdırılıb.

Sonda ictimaiyyət nümayəndələrinin iştirakı ilə tibb məntəqəsinə baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR