Tiflisdə Tolerantlıq Günü münasibətilə mükafatlandırma mərasimi keçirilib - FOTO

Tiflisdə Tolerantlıq Günü münasibətilə mükafatlandırma mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 13 noyabr 2015 22:11 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tolerantlıq Gününə həsr olunan mükafatlandırma mərasimi ənənəvi tədbirə çevrilib. Xalq müdafiəçisi Uça Nanuaşvili və ABŞ-ın Gürcüstandakı səfirinin müavini Nikolay Berlinski Tolerantlıq Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və tolerantlığın Gürcüstanda həmişə təntənəli şəkildə qeyd olunduğunu bildiriblər.

Tədbirdə ümumilikdə 10 nəfər mükafatlandırılıb, onlara fəxri mükafat və sertifikatlar verilib. Mükafatlandırma mərasimində Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyevaya və onun rəhbərlik etdiyi Mədəniyyət Muzeyinin kollektivinə fəxri mükafat və sertifikatlar təqdim olunub.

Tədbirdə Gürcüstan hökumətinin, diplomatik missiyanın, beynəlxalq və QHT təşkilatların, KİV-lərin və dini və etnik azlıqların nümayəndələri iştirak edib.

L. Əliyeva APA-ya açıqlamasında Tolerantlıq Günü münasibətilə hər il azərbaycanlılar da mükafatlandırıldığını bildirib: "Bundan əvvəl bu mükafata "Gürcüstan" qəzetinin redaktoru Süleyman Süleymanov layiq görülüb. Bu il isə Xalq Müdafiəçisi bu mükafatı mənə və Tiflisdəki Azərbaycan Mədəniyyət Muzeyinə tolerantlığı təbliğ etdiyimizdə göstərdiyimiz xidmətlərə görə təqdim edib".

Xatırladaq ki, 1995-ci noyabrın 16-da YUNESKO tolerantlıq prinsipləri barədə qətnamə qəbul edib. BMT Baş Assambleyasının təşəbbüsü ilə 1996-cı ildə Tolerantlıq Günü elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR