Azərbaycanda neft məhsullarının istehsalı 10%-dək azalıb

Azərbaycanda neft məhsullarının istehsalı 10%-dək azalıb
# 18 may 2016 14:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın həcmi 840,0 mln. manat olmaqla əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 9,5% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin dörd ayı ərzində ölkədə 368,8 min ton benzin istehsal olunub ki, bu da daha əvvəlki ilin dörd ayı ilə müqayisədə 8,1% azdır. Nəticədə bu ilin mayın 1-nə 65,3 min ton məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 776,3 min ton dizel yanacağı istehsal edilib. Bu, ötən ilin dörd ayı ilə müqayisədə 30,5% azdır. Nəticədə bu ilin mayın 1-nə 56,0 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ağ neftin istehsalı 5,8% artıb. Belə ki, bu ilin dörd ayı ərzində ölkədə 217,6 min ton ağ neft istehsal olunub ki, bu ilin mayın 1-nə 47,5 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-aprel ayları ərzində ölkədə neft bitumunun istehsalında 38,2% azaraq 30,2 min ton təşkil edib. Nəticədə aprelin 1-nə 7,3 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin dörd ayında ölkədə sürtgü yağlarının istehsalı 2015-ci illə müqayisədə 50,0% azalıb. Belə ki, 4 ay ərzində 2,1 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin mayın 1-nə 10,3 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 4 ayı ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında azalma var. Belə ki, ötən aylar ərzində 60,3 min ton neft-kimya sənayesində istifadə üçün benzini istehsal olunub ki, bu da 2015-ci ilin 4 ayı ilə müqayisədə 15,3% azdır. Nəticədə bu ilin mayın 1-nə 2,1 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu il ərzində Azərbaycanda 355,6 min ton yanacaq mazutu istehsal edilib ki, bu da daha əvvəlki illə müqayisədə 197,6 dəfə artım deməkdir. Nəticədə bu ilin mayın 1-nə 10,4 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 44,1 min ton neft koksu istehsal edilib. Bu, ötən ilin 4 ayı ilə müqayisədə 49,8% azdır. Nəticədə bu ilin mayın 1-nə 1,1 min ton hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR