Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
# 18 yanvar 2016 10:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 17-i saat 15 radələrində, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Sabirabad rayon sakini, 1974-cü il təvəllüdlü Hüseyn Həsənov idarə etdiyi «Mercedes» markalı avtomobillə Lerik rayon sakini, 1993-cü il təvəllüdlü Alqayıt Mirzəyevi vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR