Mərdəkanda avtomobil dirəyə çırpılıb, sürücü ölüb

Mərdəkanda avtomobil dirəyə çırpılıb, sürücü ölüb
# 21 sentyabr 2016 12:45 (UTC +04:00)

Bakı-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu Mərdəkan-Buzovna avtomobil yolunun 6-cı km-də “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin Qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Aslanov Elman Yaqub oğlunun cəsədini çıxarıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:46-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR