Çexiya Senatının sədri Azərbaycana səfər edəcək

Çexiya Senatının sədri Azərbaycana səfər edəcək
# 20 may 2016 14:06 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Azərbaycan parlamentinin vitse-spikeri Valeh Ələsgərov gələn həftə Çexiyaya səfər edəcək.

APA-nın xəbərinə görə, bunu Çexiyanın Azərbaycandakı səfiri Vitoslav Pivonka deyib.

Onun sözlərinə görə, V. Ələsgərov Çexiyada bir sıra görüşlər keçirəcək.

“Parlamentlər səviyyəsində əlaqələrimiz yüksək səviyyədədir. İki ay əvvəl Çexiya parlamentinin spikeri Yan Hamaçek Azərbaycana səfər edib. Hazırda biz Azərbaycan Xarici İşlər Nazirliyi və digər hakimiyyət orqanları ilə Çexiya parlamentinin Yuxarı Palatasının (Senat) rəhbəri Milan Steçin (Milan Štěch) səfəri ilə bağlı müzakirələr aparırıq”, - deyə səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR