Rusiya aviasiyası “Cəbhə ən Nüsrə” qruplaşmasının Suriyadakı mövqelərinə zərbələr endirib

Rusiya aviasiyası “Cəbhə ən Nüsrə” qruplaşmasının Suriyadakı mövqelərinə zərbələr endirib
# 01 mart 2016 00:36 (UTC +04:00)

Bakı-APA. Rusiya aviasiyası “Cəbhə ən Nüsrə” qruplaşmasının Suriyanın Hələb və Nərb-Nafsa şəhərləri yaxınlığındakı mövqelərinə zərbələr endirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında bildirilir.

““Cəbhə ən Nüsrə” qruplaşmasının Suriyanın Nərb-Nafsa şəhəri yaxınlığındakı mövqelərindən ordunun mövqeləri və yaxınlıqdakı yaşayış məntəqələri artilleriya atəşinə tutulub. Vəziyyəti sabitləşdirmək məqsədi ilə Rusiya aviasiyası “Cəbhə ən Nüsrə” qruplaşmasının Suriyanın Hələb və Nərb-Nafsa şəhərləri yaxınlığındakı mövqelərinə zərbələr endirib”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR