UEFA Avropa Liqasında 1/4 finala çıxan komandalar bəlli olub - NƏTİCƏLƏR

UEFA Avropa Liqasında 1/4 finala çıxan komandalar bəlli olub - <span style="color: red;">NƏTİCƏLƏR
# 18 mart 2016 01:08 (UTC +04:00)

Bakı-APA. UEFA Avropa Liqasında 1/4 finala çıxan komandalar bəlli olub. Apasport.az saytının məlumatına görə, 1/8 fianlın bütün cavab oyunları eyni gündə baş tutub.

Avrokuboklarda Türkiyəni təmsil edən yeganə komanda olan “Fənərbaxça” öz meydanında 1 cavabsız qolla qalib gəldiyi “Braqa”ya Portuqaliyada böyük hesabla yenilib. Oynanılan oyundan daha çox şübhəli hakim qərarları və İstanbul klubuna göstərilən 3 qırmızı vərəqə ilə diqqət mərkəzinə gələn matçı ev sahibləri 4:1 qazanıblar.

Dortmund “Borussiya”sı "Tottenhem" qarşısında evdə olduğu kimi səfərdə də qələbəyə sevinib.

“Liverpul”, “Şaxtyor” və “Vilyareal” da növbəti mərhələya adlayıblar. Doğma meydanda “Mançester Yunayted”in qapısından 2 qol keçirən mersisaydlılar səfərdə əldə olunan 1:1-lik bərabərliyə ən az qələbə qədər seviniblər. “Şaxtyor” isə tək qolla qalib gəlib.

Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

17 mart

“Bayer” (Almaniya) – “Vilyareal” (İspaniya) - 0:0

İlk oyun 0:2

“Latsio” (İtaliya) – “Sparta” (Çexiya) - 0:3

Qollar: Dokal, 10, Kreyçi, 12, Yulius, 44

İlk oyun 1:1

“Valensiya” (İspaniya) – “Atletik” (İspaniya) - 2:1

Qollar: Mina, 12, Aderlan, 37 - Aduriz, 76

İlk oyun 0:1

“Anderlext” (Belçika) – “Şaxtyor” (Ukrayna) - 0:1

Qol: Alves da Silva, 90+3

İlk oyun 1:3

“Braqa” (Portuqaliya) – “Fənərbaxça” (Türkiyə) - 4:1

Qollar: Ahmet Hasan, 12, Josue, 69, Stoyilkoviç, 74, Silva 83 - Alper, 45+1

Qırmızı vərəqələr: Mehmet Topal, 67, Alper, 87, Volkan Şen, 90+7

İlk oyun 0:1

“Mançester Yunayted” (İngiltərə) – “Liverpul” (İngiltərə) - 1:1

Qollar: Martial, 31 - Koutinyo, 45

İlk oyun 0:2

“Sevilya” (İspaniya) – “Bazel” (İsveçrə) - 3:0

Qollar: Rami, 35, Qameyro, 44, 45

İlk oyun 0:0

“Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) - 1:2

Qollar: Son, 74 - Obameyanq, 24, 71

İlk oyun 0:3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR