Dövlət başçısı İlham Əliyev Serbiya prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev Serbiya prezidentini təbrik edib
# 13 fevral 2016 15:17 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Serbiya prezidenti Tomislav Nikoliçə bu ölkənin milli bayramı münasibətilə təbrik ünvanlayıb.

APA-nın xəbərinə görə, ölkə başçısı İlham Əliyev təbrikində Azərbaycanla Serbiya arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin xalqların mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə inandığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR