MSK sədri: “Beynəlxalq müşahidəçilər seçkilərin yüksək səviyyədə təşkil olunduğunu bildirirlər”

MSK sədri: “Beynəlxalq müşahidəçilər seçkilərin yüksək səviyyədə təşkil olunduğunu bildirirlər”
# 26 sentyabr 2016 12:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanda seçkiləri müşahidə edən beynəlxalq təşkilatlardan olan müşahidəçilər seçkilərin yüksək səviyyədə təşkil olunduğunu bildirirlər”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

M. Pənahov bildirib ki, beynəlxalq və yerli müşahidəçilərə seçkilərin müşahidə edilməsi üçün hər cür imkan yaradılıb: “Ümumilikdə, 54 minə qədər müşahidəçi qeydiyyatdan keçib. Onların arasında siyasi partiyaların, QHT-lərin təmsilçiləri var. Müşahidəçilər arasında öz təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçən vətəndaşlar üstünlük təşkil edir. Bir məntəqəyə təqribən 10 müşahidəçi düşür. Jurnalistlər isə jurnalist vəsiqələrini təqdim etməklə sərbəst şəkildə məntəqələrdə seçkiləri müşahidə edə bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR