Londonda beynəlxalq korrupsiyaya qarşı mərkəz yaradılacaq

Londonda beynəlxalq korrupsiyaya qarşı mərkəz yaradılacaq
# 12 may 2016 01:41 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniya, ABŞ, İsveçrə, Kanada, Avstraliya və Yeni Zelandiya İnterpolun vasitəçiliyi ilə beynəlxalq korrupsiyaya qarşı mərkəz yaradacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın baş nazirinin mətbuat xidməti bildirib.

Mərkəzin qərargahı Londonda yerləşəcək. Qeyd olunur ki, dünyada ilk belə bir mərkəzin yaradılması barədə Londonda keçiriləcək korrupsiyaya qarşı sammitdə rəsmən elan olunacaq. Mayın 12-də baş tutan sammitdə Əfqanıstan, Nigeriya, Kolumbiyanın prezidentləri, Norveçin baş naziri, Dünya bankının prezidenti, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru və ABŞ-ın dövlət katibi iştirak edəcək. Ümumilikdə sammitə 40 ölkənin nümayəndə heyəti qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR