Seçki dairələrində müşahidə aparılmasına dair ərizələrin təqdim edilməsi müddəti sabah başa çatır

Seçki dairələrində müşahidə aparılmasına dair ərizələrin təqdim edilməsi müddəti sabah başa çatır
# 25 oktyabr 2015 08:44 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisə seçkilərlə əlaqədar seçki dairələrinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairələrinin dairə seçki komissiyalarına təqdim edilməsi üçün ayrılan müddət sabah başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında seçki dairələrinin ərazisində müşahidə aparılmasına dair ərizələr müvafiq seçki dairələrinin dairə seçki komissiyalarına təqdim edilməlidir.

Milli Məclisə seçkilərlə əlaqədar bu proses oktyabrın 27-dək başa çatmalıdır.

Sabah bilavasitə seçkilərdən əvvəl yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə müstəsna hallarda seçki məntəqələrinin yaradılması üçün ayrılan müddət də başa çatır. Seçki Məcəlləsinə əsasən səsvermə gününə azı 50 gün qalmış müvafiq icra hakimiyyəti orqanı (Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi) və bələdiyyə qurumları ilə birlikdə dairə seçki komissiyaları yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələri yaratmalıdırlar. Milli Məclisə seçkilərlə əlaqədar bu müddət oktyabrın 12-dək olan dövrü əhatə edib. Ancaq Seçki Məcəlləsinə əsasən müstəsna hallarda səsvermə gününə ən azı 5 gün qalmış yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələri yaradıla bilər. Milli Məclisə seçkilərlə əlaqədar bu müddət oktyabrın 27-dək olan dövrü əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR