Banqladeşdə 45 il əvvəl hərbi cinayətlər törətmiş dini qruplaşma lideri edam olunub

Banqladeşdə 45 il əvvəl hərbi cinayətlər törətmiş dini qruplaşma lideri edam olunub
# 11 may 2016 05:30 (UTC +04:00)

Bakı-APA. Banqladeşdə 1971 ildə hərbi cinayətlər törətmiş “Cəmaəti İslami” radikal qruplaşmanın 71 yaşlı lideri Moti ür-Rəhman Nizami barəsində məhkəmənin çıxardığı edam hökmü icra olunub. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Nizaminin rəhbərlik etdiyi qruplaşma 1971-ci ildə Banqladeşin müstəqil olmasına qarşı çıxış edib. O, alimlərin qətli daxil olmaqla, dörd hərbi cinayətin törədilməsində ittiham olunub.

Edam hökmü yerli vaxtla 00.00-da (Bakı vaxtı ilə 22.00-da) ölkənin mərkəzi həbsxanasında asılmaqla icra edilib.

Banqladeşin müstəqilliyi uğrunda müharibə 1971-ci ildə Qərbi Pakistan (indiki Pakistan) və Şərqi Pakistan (indiki Banqladeş) arasında aparılıb. Nəticədə Şərqi Pakistan Banqladeş adı altında müstəqilliyini elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR