Mərkəz direktoru: "Metsamor AES təkcə Qafqaz yox, yaxın şərq ölkələri üçün də böyük təhlükədir"

Mərkəz direktoru: "Metsamor AES təkcə Qafqaz yox, yaxın şərq ölkələri üçün də böyük təhlükədir"
# 24 may 2016 09:54 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. "Metsamor Atom Elektrik Stansiyası nəinki Qafqaz, ümumiyyətlə yaxın ölkələr üçün çox böyük bəladır. Çünki onun müddətinin keçməsi bir yana, stansiya seysmik aktiv zonada yerləşir".

APA-nın məlumatına görə, bunu Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, Metsamor AES-in yerləşdiyi zona təhlükəli zonadır. Mərkəzi direktorunun sözlərinə görə, həmin ərazidə zəlzələnin baş vermə ehtimalı çox böyükdür: "Bu barədə xəbərdarlıqlar olunub. Hazırda həmin Atom Elektrik Stansiyası təhlükəli vəziyyətdədir. Güclü zəlzələ olsa, böyük fəlakət törədəcək. Bu, təkcə Qafqaz ölkələri üçün yox, yaxın şərq ölkələri üçün də böyük faciəyə səbəb ola bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR