Tovuzda oğurluq edən iki nəfər saxlanılıb - VİDEO

Tovuzda oğurluq edən iki nəfər saxlanılıb - <span style="color: red;">VİDEO
# 17 oktyabr 2015 10:13 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuz rayonunda iki oğurluq faktının üstü açılıb. Tovuz Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Dönük Qırıqlı kənd sakini, 1979-cu il təvəllüdlü Akif Qasımov saxlanılıb. O, yaşadığı kənddə mağazadan 350 manat pul, spirtli içki, siqaret və rəngli su oğurladığını etiraf edib.

Rayonun Əyyublu kəndində də oğurluq faktının üstü açılıb. Kənd sakini, 1957-ci il təvəllüdlü Cavanşir İbrahimov kənd ərazisindən bir neçə ədədə dəmir boru oğurlamaqda şübhəli bilinərək saxlanılıb. O, oğurluq etdiyini etiraf edib.

Hər iki fakt üzrə Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR