Çin ordusunun generalı intihar edib

Çin ordusunun generalı intihar edib
# 20 avqust 2016 04:40 (UTC +04:00)

Bakı-APA. Çin Xalq Azadlıq Ordusunun generalı Çen Tzse intihar edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Şençjen şəhərində qeydə alınıb.

54 yaşlı general-mayor orduda siyasi komissar vəzifəsində çalışırmış.

Son həftə ərzində Çin ordusunun üç yüksək rütbəli zabiti özünə qəsd edib. Müşahidəçilər bunu ordu sıralarında aparılan korrupsiya araşdırmaları ilə əlaqələndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR