Gömrükçülər qızıl-zinət əşyalarını müsadirə edib

Gömrükçülər qızıl-zinət əşyalarını müsadirə edib
# 04 oktyabr 2016 09:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakı Baş Gömrük İdarəsinin beynəlxalq poçt göndərişlərinə nəzarət bölməsində poçt bağlamalarına gömrük nəzarəti zamanı qaçaqmalçılıq faktı qeydə alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, İsrailə göndərilən iki ədəd poçt bağlamasındakı geyim əşyalarının arasından bəyan edilməyən və ümumi çəkisi 323,19 qram olan qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR