Aralıq dənizində 6 min miqrant xilas edilib

Aralıq dənizində 6 min miqrant xilas edilib
# 03 oktyabr 2016 23:06 (UTC +04:00)

Bakı-APA. Aralıq dənizində sutka ərzində 6 min miqrant xilas edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, İtaliya sahil mühafizə xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində 40 qayıqdan 6055 miqrant xilas edilib.

Məlumata görə, qayıqların birində 725 miqrant olub. Xilasetmə əməliyyatı zamanı 9 nəfərin meyiti aşkarlanıb. Miqrantların əksəriyyətinin Nigeriya, Eritreya və Banqladeş vətəndaşları olduğu qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR