ABŞ Rusiyada Krım Tatar Məclisinin qadağan olunmasına sərt reaksiya verib

ABŞ Rusiyada Krım Tatar Məclisinin qadağan olunmasına sərt reaksiya verib
# 01 oktyabr 2016 04:54 (UTC +04:00)

Bakı-APA. Rəsmi Vaşinqton Krım Tatar Məclisinin qadağan edilməsi ilə bağlı Rusiya Ali Məhkəməsinin qərarını tanımayacaq.

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bəyan edib.

“Biz Krım Tatar Məclisinin ekstremist təşkilatı kimi göstərilməsini rədd edirik və bu demokratik qurumun fəaliyyətinə qadağa qoyulmasını pisləyirik. Krımın işğalı davam etdikcə, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq. Rusiya Krımı Ukraynaya qaytarmalıdır", deyə M.Toner bildirib.

Qeyd edək ki, sentyabrın 29-da Rusiya Ali Məhkəməsi Krım Tatar Məclisinin radikal təşkilat kimi tanınması və Rusiyada qadağan olunmasına dair Krım Ali Məhkəməsinin qərarını təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR