Bolqarıstanda 4,5 maqnitudalı zəlzələ baş verib

Bolqarıstanda 4,5 maqnitudalı zəlzələ baş verib
# 22 may 2016 13:32 (UTC +04:00)

Bakı-APA. Bu gün yerli vaxtla səhər saat 11.58-də Bolqarıstanda 4,5 maqnitudalı zəlzələ baş verib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələ ocağı 10 km dərinlikdə, Sandan şəhərindən 5 km, paytaxt Sofiyadan 121 km cənubda yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR