Təhsil naziri: “Ali məktəbi bitirən məzunların 42 faizi əmək bazarında iş əldə edir”

Təhsil naziri: “Ali məktəbi bitirən məzunların 42 faizi əmək bazarında iş əldə edir”
# 20 aprel 2016 14:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Hazırda ali məktəbi bitirən məzunların orta hesabla 42 faizi ali təhsilini başa vurduqdan sonra əmək bazarında iş əldə edir”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov “Caspian European Club”ın üzvləri ilə görüşdə çıxışı zamanı deyib. O bildirib ki, bu rəqəm öz biznesinə başlayan sahibkarlara aid deyil: “Ali məktəblər var ki, bu rəqəm daha yüksək, elə ali məktəblər var ki, daha aşağıdır. Bu, həm əmək bazarına hazırlığın keyfiyyətindən, həm iqtisadiyyatdan, həm də iş yerlərinin sayından asılıdır. Həm ehtiyaclara dair olan sifarişi, həm bilik səviyyəsinə dair olan məlumatı daha keyfiyyətli şəkildə alsaq, təhsil sistemimiz sifarişə daha keyfiyyətli cavab vermək iqtidarında olacaq. Ən böyük çağırışımız ondan ibarətdir ki, təhsil sistemi qısa yox, orta və uzun müddətlərə əsaslanan nəticələr istehsal etsin. Ən yaxşı halda əmək bazarına buraxdığımız mütəxəssisin hazırlanması üçün illərlə vaxt lazımdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR