Haitidə “Metyu” qasırğası qurbanlarının sayı 842-yə nəfərə çatıb

Haitidə “Metyu” qasırğası qurbanlarının sayı 842-yə nəfərə çatıb
# 07 oktyabr 2016 18:47 (UTC +04:00)

Bakı-APA. Haiti adasında “Metyu” qasırğasının qurbanlarının sayı 842-nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə xəbəri “Reuters” agentliyi yayıb.

Son dəfə ölənlərin sayının 572 nəfər olduğu açıqlanmışdı.

“Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır. Qasırğa ABŞ-ın Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarına yaxınlaşır. Artıq ABŞ prezidenti Florida və Cənubi Karolinada fövqəladə vəziyyət elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR