Tovuzda 18 yaşlı oğlan bıçaqlanıb

Tovuzda 18 yaşlı oğlan bıçaqlanıb
# 05 mart 2016 07:11 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz şəhər sakini, 1998-ci il təvəllüdlü Elnur Əliyev bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR