Musiqili Teatrda “Baladadaşın toy hamamı” komediyasının premyerası keçiriləcək

Musiqili Teatrda “Baladadaşın toy hamamı” komediyasının premyerası keçiriləcək
# 04 mart 2016 10:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Musiqili Teatrında xalq yazıçısı Elçinin hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili komediyasının premyerası keçiriləcək.

Teatrın mətbuat katibi Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, tamaşa martın 10, 11 və 12-də nümayiş olunacaq.

Tamaşada teatrla kino sintez edilib. Eyni zamanda adət və ənənələrimiz, Bakı kəndlərinin özünəməxsus koloriti əks olunub.

Səhnə əsərinin quruluşçu-rejissoru xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni əməkdar artist Nofəl Vəliyev, quruluşçu-drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı xalq rəssamı Tahir Tahirov, baletmeystrləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.

Tamaşada səslənəcək mahnıların sözləri Vüqar Əbdülovundur. Rolları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Mehriban Zalıyeva, Fərid Rzayev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Elçin İmanov və başqaları ifa edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR