İsveçin Malmö şəhərində güclü partlayış baş verib

İsveçin Malmö şəhərində güclü partlayış baş verib
# 10 oktyabr 2016 05:17 (UTC +04:00)

Bakı-APA. İsveçin Malmö şəhərində güclü partlayış baş verib.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident şəhərin mərkəzində, “Babel” gecə klubunun qarşısında qeydə alınıb.


İlkin məlumata görə, klubun qarşısında partlayıcı qurğu işə düşüb. Bomba binanın əsas giriş qapısının qarşısında partlayıb. Partlayış zamanı klubda heç kim olmayıb.


Qeyd edək ki, sentyabrın 18-ə keçən gecə Malmödə 15 avtomobil yandırılıb. Sentyabrın 25-də isə naməlum avtomobildən açılan atəş nəticəsində bir neçə nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR