ABŞ-da əlverişsiz hava şəraitində ölənlərin sayı 41 nəfərə çatıb

ABŞ-da əlverişsiz hava şəraitində ölənlərin sayı 41 nəfərə çatıb
# 26 yanvar 2016 07:27 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ-da əlverişsiz hava şəraiti səbəbindən ölənlərin sayı 41 nəfərə çatıb.

APA-nın “Associated Press”ə istinadən məlumatına görə, ölüm halları yol-nəqliyyat hadisələri, dəm qazından boğulma, qarın təmizlənməsi zamanı infarkt keçirmə nəticəsində baş verib. Ölənlərin əksəriyyəti Vaşinqton, Delaver, Merilend, Nyu-Cersi, Nyu-York, Şimali və Cənubi Karolina, Ohayo, Pensilvaniya, Tenessi və Virciniya şəhərlərinin sakinləridir.

Xatırladaq ki, yanvarın 22-də ABŞ-da 90 milyon nəfərin yaşadığı ərazilərdə güclü qar yağmağa başlayıb. Kəskin soyuq və buzlaşma səbəbindən 11 ştatda fövqəladə vəziyyət elan olunub. Nyu-Yorkda avtomobillə hərəkət qadağan, bəzi şəhərlərdə əhaliyə çölə çıxmamaq tövsiyə edilib.

Bəzi ərazilərdə qarın hündürlüyü 70 santimetr olub. 200 evə elektrik enerjisinin verilişi kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR