İyunda 84 mindən çox avtomobil icbarı sığortaya cəlb olunub

İyunda 84 mindən çox avtomobil icbarı sığortaya cəlb olunub
# 01 iyul 2016 08:11 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı ilin iyun ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 84 292 müqavilə qeydiyyata alınıb.

İSB-dən “APA-Economics”ə verilən xəbərə görə, bunların 12 707-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

2016-cı ilin iyun ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,7 mln. manat təşkil edib.

2015-ci ilin iyun ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 7,5%, sığorta haqlarının məbləğində isə 5,6% artım müşahidə edilib.

İyun ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin may ayı ilə müqayisədə 5,1% artaraq 79,5 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR