Rusiyanın Baş Qərargah rəisi sabah Türkiyəyə səfər edəcək

Rusiyanın Baş Qərargah rəisi sabah Türkiyəyə səfər edəcək
# 25 avqust 2016 18:39 (UTC +04:00)

Bakı-APA. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov avqustun 26-da Türkiyəyə səfər edəcək.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Baş Qərargahından bildirilib.

Məlumata görə, Gerasimovun rəhbərlik etdiyi Rusiyanın yüksək rütbəli hərbçilərindən ibarət nümayəndə heyəti sabah 11.00 radələrində Ankarada olacaq.

Valeri Gerasimovun Türkiyənin Baş Qərargahının rəisi Hulusi Akarla görüşəcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR