Azərbaycan martın 27-də yay vaxtına keçəcək

Azərbaycan martın 27-də yay vaxtına keçəcək
# 01 mart 2016 07:32 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Martın 27-də Azərbaycan ərazisində yay vaxtına keçiləcək.

APA-nın məlumatına görə, həmin gün saat 04:00-da saatların əqrəbləri 1 saat irəli çəkiləcək, bununla da ölkədə qış vaxtı başa çatacaq.

Qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib.

Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR