ETSN: Sürüşmə zonaları aktivləşə bilər

ETSN: Sürüşmə zonaları aktivləşə bilər
# 25 yanvar 2016 14:07 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Respublikanın ərazisindəki mövcud sürüşmə zonalarının dinamikasında atmosfer yağıntılarının düşməsi ilə əlaqədar ola bilsin ki, aktivlik müşahidə olunsun”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, hazırda Zığ sürüşmə sahəsində cüzi aktivlik müşahidə olunur.

Baş geoloq qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bərpa-gücləndirmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR