Şirvanda Doğum evinin baş həkiminin evinə basqın edən maskalılar 25 min manatlıq qızıl-zinət əşyaları aparıblar

Şirvanda Doğum evinin baş həkiminin evinə basqın edən maskalılar 25 min manatlıq qızıl-zinət əşyaları aparıblar
# 03 iyun 2016 15:30 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA.Şirvan şəhərində quldurluq hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saat 10.00 radələrində Şirvan şəhər Doğum evinin baş həkimi Sevda Həsənovanın Şirvan şəhəri Z.Hacıyev küçəsi 1, mənzil 14 ünvanında yerləşən fərdi yaşayış evinə 3 nəfər maskalı şəxs daxil olub.

Həmin vaxt evdə tək olan baş həkimin qaynanası Sudsa Bəylərovanın ağzını bağlayan maskalı şəxslər evi axtraraq oradan 25 min manat dəyərində qızıl-zinət əşyaları götürərək aradan çıxıblar. Quldurluq edən şəxslər yaşlı qadına xəsarət də yetiriblər.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. Cinayəti törədən şəxslərin tapılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR