Azərbaycanda İİV-ə yoluxan əcnəbilərin sayı və infeksiyaya yoluxma səbəbləri açıqlanıb

Azərbaycanda İİV-ə yoluxan əcnəbilərin sayı və infeksiyaya yoluxma səbəbləri açıqlanıb
# 16 mart 2016 12:12 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda 2015-ci ildə İİV infeksiyasına yoluxan əcnəbilərin sayı açıqlanıb.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun hazırladığı “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2015-ci il üçün Ölkə Məruzəsi”ndə əksini tapıb. Keçən il Azərbaycanda İİV-ə yoluxan 23 əcnəbi qeydə alınıb. Həmin əcnəbilərdən 15-i kişi, 8-i qadındır. Əcnəbi kişilərdən 4 nəfər inyeksion narkotik istifadəsi, 9 nəfər hetroseksual kontakt, 2 nəfər isə naməlum yolla İİV-ə yoluxub. Əcnəbi qadınlardan isə 1 nəfər inyeksion narkotik istifadəsi, 6 nəfər hetroseksual kontakt, 1 nəfər naməlum yolla İİV-ə yoluxub.

Bu sahədə statistikanın aparılmağa başladığı 1987-ci ildən 1 yanvar 2016-cı ilə qədər olan dövrdə isə Azərbaycanda 190 əcnəbinin İVV infeksiyasına yoluxduğu qeydə alınıb. Onlardan 146-sı kişi, 44-ü qadındır. Əcnəbi kişilərdən 45 nəfər inyeksion narkotik istifadəsi, 58 nəfər hetroseksual kontakt, 2 nəfər homoseksual kontakt, 41 nəfər naməlum yolla İİV-ə yoluxub. Əcnəbi qadınlardan isə 8 nəfər inyeksion narkotik istifadəsi, 33 nəfər hetroseksual kontakt, 3 nəfər naməlum yolla İİV-ə yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR