Səfirlik: "Meksika Qafqazın ən böyük ölkəsi ilə münasibətləri inkişaf etdirmək naminə bu ölkədə öz səfirliyini açıb"

Səfirlik: "Meksika Qafqazın ən böyük ölkəsi ilə münasibətləri inkişaf etdirmək naminə bu ölkədə öz səfirliyini açıb"
# 01 oktyabr 2015 17:47 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Meksika Qafqazın ən böyük ölkəsi ilə münasibətləri inkişaf etdirmək üçün burada öz səfirliyini açıb”.

APA-nın məlumatına görə, bu barədə Meksikanın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir.

Səfirliyin açılmasının 1 illiyi ilə əlaqədar yayılan bəyanatda bildirilir ki, Meksika və Azərbaycanı birləşdirən bir sıra təbii dəyərlər vardır ki, bunlarının arasında neft və qaz xüsusi sıradadır: “Hər iki ölkə bu karbohidrogenlərin vacib istehsalçısıdır. Nizami Gəncəvi, Fizuli, Xurşıdbanu Natəvan və Mirzə Fətəli Axundov, və Sor Xuana, Xuan Rulfo, Karlos Fuentes və Oktavio Paz kimi ədəbiyyatın tarixi və əhəmiyyətli nümayəndələri olan hər iki ölkənin minilliklər mədəniyyətləri var. Ölkələr arasında olan yaxınlığı “Əli və Nino” əsərini ispan dilində və “Pedro Páramo” əsərini azərbaycanca oxuyarkən daha yaxşı hiss etmək olar. Hər iki ölkə arasında mövcud əlaqələri daha artıq inkişaf etdirmək məqsədilə, səfirlik 2015-ci ilin iyun ayından etibarən rəssamlıq sərgisi, mariaçi musiqisinin təqdimatı və Meksika mətbəxi həftəsi daxil olmaqla altı mədəniyyət tədbiri həyata keçirib. Hal-hazırda, iki ölkənin müxtəlif sahələrə aid əməkdaşlıq imkanları öyrənilməkdir. Bu sahələrə təhsil, idman, energetika, neft və ətraf mühit , həmçinin, tekila, pivə, meyvə və tərəvəzləri özündə cəmləşdirən beynəlxalq ticarət və digərləri aiddir. Bununla əlaqədar olaraq, Səfirlik gələcək aylarda, digər tədbirlərlə yanaşı, tekila və meskal içkilərinin dequstasiyasını, həmçinin dekabr bayramını (“Posada”) təşkil edəcək”. Qeyd edilir ki, Meksikanın səfiri Rodriqo Labardini ilk dəfə may ayında Bakıya gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR