Azərbaycanın dəmir yolu nəqliyyatı ilə daşınmalar azalıb

Azərbaycanın dəmir yolu nəqliyyatı ilə daşınmalar azalıb
# 17 sentyabr 2015 08:59 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-avqust aylarında 11,6 mln. ton yük, 1,3 mln. sərnişin daşınıb, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,5% və 22,4% azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, orta hesabla sutkada 464 vaqon yüklənib, 448 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 19,1 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə isə 2,3 min ton yüklənmə işi yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR