Neftçalada avtomobil oğurlanıb

Neftçalada avtomobil oğurlanıb
# 12 noyabr 2015 07:02 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynallı - APA. Neftçala sakininin avtomobili oğurlanıb.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində fərdi yaşayış evinin həyətində qeydə alınıb. Həmin kəndin sakini, 1970-ci il təvəllüdlü Quliyev Nazim Aslan oğluna məxsus “VAZ - 21015” markalı 10 RH 615 dövlət nömrə nişanlı avtomobili naməlum şəxs tərəfindən oğurlanıb.

Faktla bağlı Neftçala rayon Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR