Bakı Fond Birjasının dövriyyəsi kəskin azalmaqda davam edir

Bakı Fond Birjasının dövriyyəsi kəskin azalmaqda davam edir
# 08 aprel 2016 08:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 8,4 dəfə azalaraq 579 mln. 921 min 763,18 manat təşkil edib.

APA-Economics”in məlumatına görə, bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, son 1 ildə dövlət qiymətli kağızlar bazarında artım olub. Belə ki, 2015-ci ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 139 mln. 548 min 927 manat və ya 10,36 dəfə artaraq 154 mln. 463 min 808 manata çatıb.

Bundan fərqli olaraq, pay və borc alətləri bazarında azalma qeydə alınıb. Başqa sözlə, son 1 ildə pay bazarı 8,78 dəfə azalaraq 5 mln. 657 min 405 manata, borc alətləri bazarı 26,95 dəfə azalaraq 22 mln. 102 min 591 manata düşüb.

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) isə vəziyyət də ürəkaçan olmayıb. Ötən ilin ilk 2 ayı ilə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 3 mlrd. 781 mln. 729 min 72 manat və ya 10,51 dəfə azalaraq 397 mln. 697 min 959 manata düşüb.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli:

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR