Azərbaycanın "Eurovision" təmsilçisi Rusiya, İsrail, Malta, Yunanıstan və Serbiyada səfərdə olub

Azərbaycanın "Eurovision" təmsilçisi Rusiya, İsrail, Malta, Yunanıstan və Serbiyada səfərdə olub
# 29 aprel 2016 10:34 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. 2007-ci ilin “Eurovision” Mahnı Müsabiqəsinin qalibi Mariya Şerifoviç Azərbaycanlı həmkarı Səmranın Serbiyadakı promo-turu çərçivəsində Belqradda şam etməyə dəvət edib. APA-nın məlumatına görə, Səmra və Mariya “Eurovision”da uğur qazanmağın sirlərindən danışıblar.

Səmra Serbiyanı müsabiqədə bu il təmsil edəcək Sanya Vuçiçlə də görüşüb. Tel-Əvivdə keçirilən “Eurovision” partisi zamanı tanış olan ifaçılar tezliklə Stokholmda baş tutacaq məşqlər, səhnə performansları barədə gizli məqamlar barədə söhbətləşib və İsrail təmsilçisi Hovi Star haqqında danışıblar.

Belqrad səfəri ilə Səmra Rəhimli Rusiya, İsrail, Malta, Yunanıstan və Serbiyanı əhatə edən promo-turunu yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR