Daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadə və mühafizəsinə dair Dövlət Proqramı təsdiq edilib

Daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadə və mühafizəsinə dair Dövlət Proqramı təsdiq edilib
# 13 iyul 2016 14:59 (UTC +04:00)

Bakı - APA-Economics. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"APA-Economics"in məlumatına görə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR