Əfqanıstanda ABŞ təyyarəsinin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

Əfqanıstanda ABŞ təyyarəsinin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb
# 02 oktyabr 2015 02:28 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə NBC telekanalına ABŞ Silahlı Qüvvələrinin nümayəndəsi məlumat verib.

Bundan əvvəl qəza nəticəsində 5 mülki əməkdaş və 5 ABŞ hərbçisinin öldüyü bildirilmişdi.

ABŞ Silahlı Qüvvələrinin nümayəndəsi polkovnik Brayan Tribus təyyarə qəzaya uğrayan an hadisə yerində olan iki Əfqanıstan vətəndaşının da öldüyünü bildirib.

Qəzanın səbəbləri hələlik məlum deyil.

İlkin məlumata görə, təyyarə vurulmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR