V çağırış Azərbaycan Milli Məclisinin ilk sessiyası başlayıb

V çağırış Azərbaycan Milli Məclisinin ilk sessiyası başlayıb
# 24 noyabr 2015 09:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün V çağırış Milli Məclisin (MM) ilk sessiyası başlayıb.

APA-nın məlumatına görə, yeni tərkibdə MM-in ilk iclasına ən yaşlı deputat Fəttah Heydərov sədrlik edir.

Dövlət Himninin səsləndirilməsindən sonra iclas açıq elan edilib.

İclasda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Dövlət başçısının iclasda geniş nitq sözləyəcəyi gözlənilir.

Daha sonra MM sədri, sədrin müavinləri, parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR