Məhərrəm Qasımlı: "Aşıqlar Birliyinə təsadüfü adamların seçilməsi halları da olub"

Məhərrəm Qasımlı: "Aşıqlar Birliyinə təsadüfü adamların seçilməsi halları da olub"
# 03 mart 2016 13:20 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Azərbaycan Aşıqlar Birliyinə təsadüfi adamların seçilməsi halları da olub. Biz bunun qarşısını alacağıq”.

Bunu APA-ya açıqlamasında bu gün Azərbaycan Aşıqlar Birliyinin sədri seçilmiş filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı deyib. Onun sözlərinə görə, birlikdə bədii şura formalaşacaq və pərakəndəliyin qarşısı alınacaq: “Kim necə üzv olub, haradan üzv olub, bilinmir. Bu məsələlərə son qoymaq üçün yaxın aylarda birlik üzvlərinin yenidən üzvlük məsələsinə baxılacaq. Yeni bilet hazırlanacaq ki, əvvəlki biletlər qüvvədən düşsün. O biletlər mənim imzamla veriləcək. Yerdə qalan adamlar isə qeydiyyatdan keçməlidirlər”.

M. Qasımlı əlavə edib ki, üzv olanların bir qisminin birlikdən kənarlaşdırılması istisna olunmur: “Ləyaqətlilərin və istedadlıların ortada olması üçün yenidən qeydiyyata ehtiyac var. Aşıqlar Birliyinin bileti cibində olan adam onun məsuliyyətini dərk etməlidir. Elə adam var gedir şou proqrama, yüngül hərəkətlər edir. Birliyin bileti cibində olan adamın o səlahiyyəti yoxdur. O, özünün və Aşıqlar Birliyinin ləyaqətini qorumalıdır. Bəziləri şou proqramlarında sazı başından aşırır. Buna yol vermək olmaz. Onları ədəb-ərkan yoluna çağıracağıq. Ədəb-ərkana gəlməsələr, onların sənətdən uzaqlaşdırılmağını tələb edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR