Azərbaycan prezidenti rusiyalı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti rusiyalı həmkarına başsağlığı verib
# 29 fevral 2016 12:19 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç, Vorkutadakı “Severnaya” şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.

Qeyd edək ki, "Severnaya" şaxtasında partlayışlar nəticəsində 36 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR