Elektrik mişarı ilə ehtiyatsız davranan Quba sakini ölüb

Elektrik mişarı ilə ehtiyatsız davranan Quba sakini ölüb
# 23 iyul 2016 10:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Quba sakini bədbəxt hadisə nəticəsində ölüb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Adur kəndində qeydə alınıb. Kənd sakini Saleh Qazıxanov evində elektrik mişarı ilə ehtiyatsız davrandığından ayaq nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya aparılarkən qanaxmadan yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR